Azərbaycanda “Redmi Pad SE 8.7 4G” planşetlərinin satışına başlanılıb

Whatsapp Image 2024 08 15 At 16.56.43.jpeg

“Xiaomi” Azərbaycan bu gün portativ əyləncə üçün nəzərdə tutulmuş “Redmi Pad SE 8.7 4G” planşetinin təqdimatını keçirib.

Planşet 8,7 düymlük parlaq ekrana, güclü performansa və dəbli, yüngül dizayna malikdir. Heyrətamiz yayım təcrübəsi təklif edən bu planşet aktiv və mobil həyat tərzinin tələblərinə cavab vermək üçün nəzərdə tutulub.

Canlı təsvir və dolğun səs sayəsində portativ əyləncə

“Redmi Pad SE 8.7 4G” hətta açıq havada belə canlı təsviri təmin edən 600 nitədək parlaqlığa və 1500:1 kontrast nisbətinə malik 8,7 düymlük displey¹ ilə təchiz olunub. 1 milyard rəng çalarını əks etdirə bilən 10 bitlik rəng dərinliyi və 90 Hz²-dək yenilənmə tezliyi istifadəçilərə cəlbedici baxış və oyun təcrübəsi vəd edir ki, bu da onu film izləmə və ya gərgin oyun seansları üçün ideal alətə çevirir.

Vaxtının böyük hissəsini oxumaqla keçirənlər üçün nəzərdə tutulmuş unikal 5:3 nisbəti veb-səhifərə baxma və oxuma təcrübəsini yaxşılaşdırmaqla yanaşı, həm də planşetin bir əllə tutulmasını asanlaşdırır. Komfortlu oxu seansını təmin etmək məqsədilə cihaz “Paper” və “Classic” olmaqla iki fərqli oxu rejimi təklif edir. Bu zaman istifadəçilərin fərqli istəkləri, həmçinin istər parlaq gün işığı, istərsə də zəif işıqlandırılan məkanlar kimi müxtəlif işıqlandırma şəraiti nəzərə alnır. “TÜV Rheinland Low Blue Light” və “Flicker Free” sertifikatları, eləcə də sürətli “DC Dimming” texnologiyası istifadəçilərə komfortlu baxış təcrübəsindən həzz almağa imkan verir.

Dolby Atmos® dəstəyinə malik qoşa stereodinamiklər multimedia həvəskarları üçün zəngin və həcmli səsi təmin edir ki, bu da film və musiqi təcrübəsini artırmağa imkan verir.

Yolda rahatlığı təmin etmək üçün qüsursuz qoşulma

“Redmi Pad SE 8.7 4G” qüsursuz mobil rabitə sayəsində portativ əyləncəni yeni səviyyəyə çatdırır. 4G⁴ dəstəyi və iki ədəd SİM-kart yuvası harada olmağınızdan asılı olmayaraq kəsintisiz İnternetə çıxışı təmin edərək cihazı daimi əlaqəyə ehtiyacı olan istifadəçilər üçün ideal alətə çevirir. İki SİM-kartdan istifadə imkanı həm də şəxsi və iş kontaktlarınızı idarə etməyi asanlaşdırır.

Qabaqcıl naviqasiya və yerləşmə xüsusiyyətləri sayəsində “Redmi Pad SE 8.7 4G” işə gedərkən, səyahət edəkən və ya gəzinti zamanı etibarlı iş təcrübəsini təmin edir. Bu universallıq istifadəçilərin daim əlaqədə və məhsuldar olmasını təmin edir ki, bu da aktiv həyat tərzi sürən insanlar üçün xüsusilə cəlbedicidir.

Hərəkətdə olarkən uzun müddət istifadə etmək üçün güclü performans və yüngül dizayn

8 nüvəli “MediaTek Helio G85” prosessoru ilə təchiz edilmiş “Redmi Pad SE 8.7 4G” çoxsaylı tapşırıqların və oyunların öhdəsindən asanlıqla gəlir. 6650mAs (tipik qiymət) həcmli akkumulyator və 18Vt-luq⁵ sürətli şarj dəstəyi istifadəçilərə uzun müddət fasiləsiz əyləncədən həzz almağa imkan verir. Yüngül dizayn planşeti müxtəlif fəaliyyətlər üçün ideal yol yoldaşına çevirir. “Redmi Pad SE 8.7 4G” cəmi 8,8 mm qalınlığa və 375 qram³ çəkiyə malikdir. İstər bütün günü əhatə edən gəzinti zamanı bel çantanızda olsun, istərsə də uzun uçuş zamanı Redmi Pad SE 8.7 4G ilə əyləncə və məhsuldarlıq üçün lazım olan hər şey əlinizin altında olacaq.

Qiymət və əlçatanlıq

Boz rəngli və 4GB+128GB konfiqurasiyalı “Redmi Pad SE 8.7 4G” planşetinin qiyməti 349,99 AZN təşkil edir. Qrafit, yaşıl və mavi rəngli məhsullar daha sonra satışa çıxarılacaq. Əlavə qorunma və üslub üçün eleqant qara çexolda⁷ təqdim olunur.

Yeni məhsulu aşağıdakı pərakəndə satış şəbəkələrindən əldə etmək olar: KontaktBaku ElectronicsIrshadWorld TelecomMusic Gallery