Azərbaycanda şəhər planlaşdırılmasında müasir konsepsiyalar tətbiq edilir

F18224a1165468319347111950210516495.jpg

Şanlı qələbəmizdən əvvəlki dövr ərzində torpaqlarımız işğal altında idi. Təəssüf ki, bu işğalın çox acı nəticələri olmuşdur. Ermənilərin həmin əraziləri həm mənəvi, həm də ekoloji terrorla məhv etmişdilər.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra qarşıya qoyulan əsas məqsədlərdən biri bu işğalın acı nəticələrini aradan qaldırmaq, həmin ərazilərin hərtərəfli bərpasını sürətləndirmək idi.

Bu zaman ekoloji terrorun təsirlərini azaltmaq üçün hazırda dünya təcrübəsində geniş istifadə olunan “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarından istifadə etmək nəzərdə tutuldu. Hazırda həmin ərazilərdə bərpa işləri tam müasir standartlara uyğun şəkildə aparılır. İlk pilot layihə kimi artıq icra olunan Zəngilan rayonun Ağalı kəndi buna nümunədir. Burada artıq əhalinin məskunlaşması, onların həyat şəraitinin hər tərəfli təmin edilməsi bu işi daha da tamlaşdırır.

İşğaldan sonra ən qısa müddətdə bərpa işlərində uğurlu nəticələr əldə edildi. Burada kəmiyyət və sürətin birləşməsini görmək mümkündür. Qısa müddətdə Füzuli şəhərində hava limanının istifadəyə verilməsi, Laçın və Zəngilanda da bu istiqamətdə işlərin tamamlanması bərpa işlərinin yüksək sürətinin göstəricisidir. Eyni zamanda işğaldan azad olunmuş şəhərlərdə yeni sənayə mərkəzləri yaradılır ki, bu da sənaye potensialımızın artmasına mühüm təsir edəcək.

Bütün bunlar dövlətimizin gücünün göstəricisidir və bütün dünyada nümunəyə çevriləcək addımlardır.

Yəhya Ağayev,
Nizami Rayon Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri