“Azərbaycanda Türkiyə istehsalı olan 1000-dən çox dərman qeydiyyatdan keçib”

8c8e0000 0aff 0242 21fb 08d9db329f0f cx0 cy7 cw0 w1080 h608 s.jpg

“Bu gün Azərbaycanda Türkiyəyə məxsus 1000-dən çox dərman vasitəsi qeydiyyatdan keçib”.

Bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ölkədə fəaliyyət göstərən xəstəxanalarda Türkiyə istehsalı avadanlıqlar və tibbi ləvazimatlardan da istifadə olunur.