Azərbaycanda yeni medallar təsis edilir

00479023 73f7 3467 927c 47196a9da60b 850.jpg

Azərbaycanda yeni medallar təsis edilir.

Bununla bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda müzakirə edəcəklər.