Azərbaycanda yeni qanun layihəsi: Həkimlərin və pasiyentlərin hüquqları qorunacaq

65391fdc196e065391fdc196e1169824252465391fdc196de65391fdc196df.jpg

“Həkimlərin, tibb işçilərinin, hətta pasiyentlərin hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada deyib.

“Əminəm ki, növbəti sessiyada biz bu qanun layihəsini müzakirə edə biləcəyik”, – deyə komitə sədri vurğulayıb.