Azərbaycanda yeni şəhərin salınması təklif olundu

1676620231 baki.jpg

Milli Məclisdə yeni şəhərin salınması təklif edilib.

Bu təkliflə deputat Azər Badamov çıxış edib.

“Şəhərdə göydələnlərin olması problemli haldır. Binaların sıx tikilməsi də təhlükəsizlik baxımdan problemlidir. Allah etməsin hər hansı fövqəlada hal baş versə, təhlükəli hal yaşanacaq. Bir şeyi qeyd edim ki, yeni bir şəhər salınmalıdır. Həmçinin bu şəhərə paytaxt statusu verilməlidir. Bununla bərabər əhəmiyyətli dövlət orqanları həmin şəhərə köçürülməlidir. Bu il “Heydər Əliyev İli” olduğundan təklif edirəm ki, bu şəhərin adın Heydərəbad adlandırılsın. Bununla da ümumilli liderin adı əbədi yaşayar və ruhu şad olar”.