Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir

0bdf2c1f174663020671208412910049394.jpg

Bu gün, həm regional, həm də daha geniş coğrafiyada Azərbaycan etibarlı tərəfdaş kimi nüfuzunu gündən-günə artırır. Möhtərəm president cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş məqsədyönlü və uğurlu siyasət nəticəsində son illərdə Azərbaycanın beynəlxalq çəkisi daha da artıb, ölkəmiz aparıcı regional və qlobal aktor kimi özünü təsdiq edib. Dövlət başçımızın xarici telekanallara, informasiya agaentliklərinə verdiyi müsahibələri, beynəlxalq tədbirlərdə nitq və çıxışları dövlətimizin xarici siyasət kursu ilə bağlı mühüm mesajlarla yadda qalır. Bu baxımdan cənab İlham Əliyevin bir neçə gün öncə Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi də diqqət çəkən məqamlarla yadda qaldı. Faktdır ki, Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf məhələsinə qədəm qoyub. Ölkəmizin qarşılıqlı etimada əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir. İlk növbədə qeyd etmək olar ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Bu səfərlə ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Ölkə başçısı cənab İlham Əliyev sözügedən müsahibəsində diqqəti 2014-cü ildə Vyetnama dövlət səfərinə və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinə yönəldərək vurğuladı ki, atılan bu addımlar, qarşılıqlı səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Qeyd edək ki, ötən dövr ərzində müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə iqtisadi-ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökümətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır. Dövlət başçısı müashibəsində, həmçinin iki ölkə arasında milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında əməkdaşlıq perspektivlərinə də toxunaraq qeyd etdi ki, ölkələrimiz beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimat Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verib. Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon dollar olub. Ölkələrimiz neft sənayesində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Qeyd edilən faktlar onu göstərir ki, iki ölkə arasında ciddi inam və etimada əsaslanan möhkəm dostluq və tərəfdaşlıq əlaqələri mövcuddur. Şübhə yoxdur ki, münasibətlərin bu səviyyəsi getdikcə möhkəmlənəcəkdir.

Cəmalə Məmmədova;
Neftçala rayonu