Azərbaycanın dəniz sərhədi pozulub, İran vətəndaşları saxlanılıb

F8e33360 B1a2 3a41 9c46 Ac5d26cdfcc0 850.jpg

Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsi Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb.

Bu barədə DSX-dən məlumat verilib.

Bildirilib ki, “Şahdağ” sərhəd gözətçi gəmisi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkarlayıb. Sahil mühafizəçilərinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində içərisində iki nəfər heyət üzvü olan “Yamaha-200” mühərriki ilə təchiz edilmiş qayıq saxlanılıb.

Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran vətəndaşları – Mehran Tağı oğlu Yusifinecat və Şəhram Qafur oğlu Mahmudi olduqları müəyyənləşib.