Azərbaycanın xalis maliyyə aktivləri 2,6 milyard dollar artıb

48c00ae9164749819085156759510777205.jpg

2021-ci ildə Azərbaycanın xalis maliyyə aktivləri 2,563 mlrd. ABŞ dolları artıb ki, bu da xaricə yönəldilmiş birbaşa investisiyalar (77 mln. dollar), portfel investisiyaları (457,5 mln. dollar) və digər investisiyalar (2,029 mlrd. dollar) hesabına formalaşıb.

Avtor.az-ın Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2,489 mlrd. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (4,795 mlrd. dollar), neft bonusu (457 mln. dollar), portfel investisiyaları (-61,5 mln. dollar) və digər investisiyalar (-719,9 mln. dollar) hesabına formalaşıb.