Azərbaycanla Özbəkistan arasında vacib sənədlər imzalandı

Fe1003ee 7333 3995 a2f7 59c1d155a3bb 850.jpg

Bu gün Azərbaycanla Özbəkistan arasında keçirilən biznes forum çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb.

Bu barədə Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq.

Nazir vurğulayıb ki, Özbəkistan-Azərbaycan biznes forumunda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələrinin əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib: “Özbəkistan iş adamlarını ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət etdik”.