Azərbaycanla Rusiya arasında sazişlər imzalanıb

Ab24cd2b164543207231302550110832135.jpg

Bakıda “Dostluq” Udmurtiyanın Azərbaycan ictimai mərkəzi” Regional ictimai təşkilatı ilə Azərbaycanın Rus İcması arasında sazişin imzalanması mərasimi keçirilib.

Sənəd Udmurtiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına yönəlib.

Bundan başqa, tədbir zamanı Udmurtiya İnkişaf Korporasiyası ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında saziş imzalanıb.

Bu sənəd ikitərəfli əlaqələrin inkişafı və investisiyaların genişlənməsini nəzərdə tutur.