Azərbaycanlı futbolçu VƏFAT ETDİ

1683571773 59d50cec 5ff6 4b1a 8f43 8457b3fb71d8.jpg

“Qarabağ-2”nin futbolçusu Şirxan Həsənzadə vəfat edib.

Avtor.az APA-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl məşqin əvvəlində isinmə hərəkətləri zamanı ürəyi dayanan futbolçu xəstəxanada dünyasını dəyişib.

Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranmışdı. Məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılan Şirxanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, futbolçu U-21 yığmamızın heyətinə mütəmadi dəvət alırdı.