“Azərsu”yun rəhbərliyi Masallıda vətəndaşları qəbul edəcək

Ecf829eb d2b2 318e bed2 1156b748877e 850.jpg

Sentyabrın 28-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Avtor.az quruma istinadən xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Masallı və Yardımlı Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.