AZPROMO və “Litfood” arasında memorandum imzalanıb

33fb6d72 06d6 328e 8888 ca307b7ef4bd 850.jpg

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Litvanın Aqrar Biznesin və Bazarların İnkişafı Agentliyi (“Litfood”) arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimi Litva İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində baş tutub. Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev və “Litfood”un direktoru Şarunas Tselieşius imzalayıblar.

Memorandum agentliklər arasında əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.