AzTV-də yoxlama aparılacaq

254387 9h57368wgc.jpg

Hesablama Palatası “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) yoxlama aparacaq.

Bu barədə APA-ya AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

O bildirib ki, hazırda audit prosesinə hazırlıq aparılır.