Azyaşlı oyun zamanı boynunu sındırıb öldü – Lənkəranda dəhşət

1691752627 e4c224d5 5c27 30c1 a4dd 9b75939049ec 850.jpg

Lənkəranda bədbəxt hadisə baş verib.

Avtor.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova evdə qardaşı ilə oynayarkən divandan yıxılıb və boynu sınıb. Aldığı xəsarətlərdən L.İsmayılova hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.