Bağdadda Türkiyə və Suriya nümayəndələri arasında görüş olacaq

67c50f59 3a3d 3f6c 9dc1 1e9823f93e08 850.jpg

İraqın paytaxtı Bağdadda Türkiyə və Suriya nümayəndələri arasında görüş olacaq.

“Report” xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, tərəflər münasibətlərin normallaşmasını müzakirə edəcəklər.

Görüşün dəqiq tarixi hələ ki açıqlanmayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Ankara ilə Dəməşq arasında münasibətlərin bərpasına mane olan amilin olmadığını bəyan edib.