“Bağımıza girən oğrularla dostlaşmışıq”

254665 km16ytiwdv.jpg

Mərhum Xalq artisti Yaşar Nurinin ailəsinə məxsus bağ evində oğurluq olub.

Bu haqda aktyorun qızı Ülkər Yaşarqızı “Space maqazin”ə açıqlamasında deyib. O bildirib ki, evlərinə girən oğru atasının fanatı olub:

“Bu yaxınlarda bağımıza yenidən oğru girmişdi. Amma tapıldı kimdir. Dedi ki, girib, yaşar Nurinin şəklini görəndə peşman oldum. Apardığını apardı, qaytardığını qaytardı. Atamın orada ayrıca otağı var. Həmin şəxs dedi ki, girib otaqda atanızın şəklin görəndə utandım.

İllər əvvəl bağımıza girən oğru da, demişdi ki, atanızın fanatı idim, ona görə girdim evə. Cavab vermişdim ki, fanatsan, de, eşyalarından birini verək. Artıq bağımıza girən oğrularla dostlaşmışıq”.

Qeyd edək ki, Y.Nurinin xanımı Rəhimə də 2 il əvvəl bağ evlərinə oğru girdiyini açıqlamışdı.