Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslərin sayı artırılıb

1682056607 f440fb50 48a8 4e7a ad16 b56d34d2b7f1.jpg

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Ramazan bayramı ilə əlaqədar Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 21 aprel və 24 aprel tarixlərinə əlavə reyslər təyin edib.

Bu barədə ADY məlumat yayıb.

Belə ki, 21 aprel tarixində əlavə reys üzrə saat 15:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

24 aprel tarixində isə əlavə reyslə saat 16:00-da yola düşən qatar saat 20:55-də Bakı Dəmiryol Vağzalına çatacaq. Bununla da Ramazan bayramı ilə əlaqədar sonuncu qeyri-iş günü – 24 aprel tarixində Ağstafa-Bakı istiqaməti üzrə saat 15:30, saat 16:00 və saat 17:10 olmaqla ümumilikdə 3 qatar yola düşəcək.

Xatırladaq ki, ADY-nin bütün strukturları Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.