Bakı metropolitenində qatarların sayı 23-ə çatıb

1667642983 1.jpg

Bakı metrosunun bu il üçün gətirilməsi nəzərdə tutulan 2 yeni qatar artıq “Bakı Metropoliteni”nin deposundadır.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla da Bakı metropolitenində yeni qatarların sayı 23, vaqonların sayı 115 ədəd olub. Qatarlar sazlama və sınaq işlərindən sonra ilin sonunadək xəttə buraxılacaq.