Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik maşını yoldan çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.





