Bakı-Qazax yolunda qəza baş verib, 1 nəfər ölüb

2ac2406e165535950211732520610264559.jpg

Bakı-Qazax yolunda baş verən qəza nəticəsində 1 nəfər ölüb.

Hadisə Bakı-Qazax magistralının 77-ci kilometrliyində Ələt qəsəbəsi ərazisində baş verib.

“Ford” markalı avtomobil “Mercedes” markalı avtomobilə toqquşub. Nəticədə “Ford” markalı avtomobilin sərnişini – Kürdəmir rayon sakini, 2002-ci il təvəllüdlü Əhmədov Yolçu Cabir oğlu hadisə yeridə ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.