Bakı sakininin bank hesabından pul oğurlayan şəxs saxlanıldı

1647501466 7e9a2847 80ed 4540 a845 a8800d57d421 850.jpg

Ötən il Bakı sakininin bank hesabından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarsəsinin 1-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini X.Nuriyeva 2021-ci ilin dekabr ayında bir nəfərin onu aldadaraq bank hesabından 500 manat pulunu çıxararaq oğurlamasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əzimli müəyyən edilərək saxlanılıb.