Bakıda 10 yaşlı məktəblini avtomobil vurdu

1650568202 news 20210707101731.jpg

Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.

Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır. /Report.az/