Bakıda 15 yaşlı qız itkin düşüb

03bd3d4b935f8d51343d9f6c925ec115 110719 75.jpg

Bakıda 15 yaşlı qız itkin düşüb.

Avtor.az “Report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Əliyeva Xədicə Emin qızının saat 07 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılır.