Bakıda mənzildə meyit aşkarlanıb.
Avtor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Əliyeva Səbinə Hüseyn qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

