Bakıda atışmada yaralananlardan biri ATU-nun tələbəsidir

91394d0f16784521411738284171024663.jpg

Bu gün Bakıda atışmada yaralananlardan biri Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Bu barədə Universitetdən bildirilib: “Təəssüf hissi ilə bildiririk ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb. Adıçəkilən tələbə 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri 12-də bitdikdən sonra universitetdən çıxıb” – məlumatda qeyd edilib.