Bakıda avtomobil 41 yaşlı qadını vurub

2723ad49163444649180758487710988064.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Abdullayeva Aynur Barat qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.