Bakıda avtomobil 6 yaşlı uşağı vurub

78602f7b 2114 34c6 a48e b145d45b3c0b 850.jpg

Bakıda avtomobil azyaşlını vuraraq xəsarət yetirib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Əliyev Əkbər Loğman oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır. (Report)