Bakıda avtomobil ana və 8 aylıq körpəsini vurdu

1651000431 ad85381d 4a1a 3cb8 a9a5 edb3825bc43b 850.jpg

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Sadıqova Günay Əsgər qızı və onun 8 aylıq körpəsini vurub.

Ağır xəsarətlər alan yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı G.Sadıqovaya sağ baldır sümüklərinin yerdəyişən sınığı, körpəyə isə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
/Report.az/