Bakıda avtomobil qadını vuraraq öldürüb

2b8eba3c160473777135067259910283586.jpg

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, bu gün səhər saatlarında Bakı şəhər sakini sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi “Toyota Prius” markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.