Bakıda avtomobil qadını vuraraq öldürüb

7cb36e23159997913751635141310227572.jpg

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Avtor.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan 40-45 yaşlı qadın yolu keçərkən onu minik avtomobil vurub. Qadın hadisə yerində ölüb.

Fakt araşdırılır.