Bakıda avtomobillə vurulan qadın xəsarət alıb

4e24c9cd b604 380a 875a 351ffe8766df 850.jpg

Bakının Nizami rayonunda 67 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

1956-cı il təvəllüdlü Mövsümova Sevda Ağabala qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır . (Report)