Bakıda avtomobillər toqquşub, ölən var

80ae51a2 f29f 38cf 93a6 c5141776d85a 850.jpg

Bakıda avtomobillər toqquşub, ölən var.

Hadisə martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdəxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, Kazımov Ramin Xaqani oğlunun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə qarşı istiqamətdə hərəkətdə olan Rəhmanov Aqil Arif oğlunun idarə etdiyi “Ford” markalı yük avtomobili toqquşub. Nəticədə A.Rəhmanov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.