Bakıda azyaşlı hovuzda boğuldu

1689913381 64b9bd15093bf64b9bd15093c0168989416564b9bd15093bd64b9bd15093be.jpg

Bakının Xətai rayonunda 8 yaşlı oğlan hovuzda boğulub.

Hadisə Seyid Əzim Şirvani küçəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Şirinzadə Bəşir Əfqan oğlu hovuzda ehtiyyatsızlıqdan boğulub. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Hazırda azyaşlı xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.