Bakıda dəm qazı can aldı

Qaz 2 1.jpg

Bakıda qadın dəm qazından zəhərlənərək ölüb.

Hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Həsənova Cevlana Ərəstun qızı hamam otağında dəm qazından zəhərlənib və həyatını itirib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.