Bakıda dəm qazı normadan 1.7 dəfə çoxdur

1681390177 6437f9621f1d26437f9621f1d316813899226437f9621f1ce6437f9621f1d0.jpg

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.3, Sumqayıt şəhərində 1.1 dəfə yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.