Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

F6185f0e163712460814027472710757061.jpg

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, fervralın 21-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rayon ərazisindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanması ilə bağlı məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Ömərova saxlanılıb.

Araşdırma davam etdirilir.