Bakıda gənc qadını maşın vurdu – Vəziyyəti ağırdır

1650569823 e413c721 afd7 3a97 9fc2 289dedc7fa95 850.jpg

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə “Hollivud” restoranının qarşısında qeydə alınıb. Belə ki, restoranın qarşısında yolu keçmək istəyən gənc qadını maşın vurub. O, açıq kəllə-beyin xəsarəti alıb.

Yaralı Rəsulzadə qəsəbəsindəki Ə.D.Məlikov adına 6 saylı şəhər xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo.az/