Bakıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət aldı

1651005705 28472b70 5056 3cae a530 f74a433ddbb2 850.jpg

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Əhmədov Əkbər Hacıbaba oğlu, 1991-ci il təvəllüdlü Rzayev Seyfəli Tahir oğlu və 1990-cı il təvəllüdlü Sadıqzadə Cavid Feyruz oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.
/Report.az/