Bakıda kişi körpüdən düşərək ağır xəsarət alıb

70fc5f04160821296184393524210629174.jpg

Bakının Xətai rayonunda sərxoş kişi körpüdən avtomobil yolunadüşüb.

Avtor.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

1960-ci il təvəllüdlü Skrilnikov Aleksandr Alekseyevic sərxoş vəziyyətdə körpü üzərindən avtomobil şossesinə düşərək ağır xəsarət alıb. O, bədənin müxtəlif sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktı hüquq-mühafizə orqanın əməkdaşları araşdırır.