Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağıb

231c8f9b 01b4 30ce Bc66 154889a532b3 850.jpg

Avqustun 11-i saat 17:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əsasən Daşkəsən, Balakən, Zaqatala, Gədəbəy, Şəki, Qax, Qusar rayonlarında arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Neftçala, Culfada 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Daşkəsən, Sarıbaş (Qax), Laza (Qusar), Şahdağda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.