Bakıda kütləvi dava olub, saxlananlar var

6967a5fb158616366435842364610182292.jpg

Bakının Binəqədi rayonunda dava zamanı 3 nəfər ağır xəsarət alıb.

Hadisə avtomobil ehtiyat hissələri bazarında qeydə alınıb.

Avtomobil ehtiyat hissəsi mağazasının satıcıları – 1994-cü il təvəllüdlü Zöhrabov Elnur Əziz oğlu, 1997-ci il təvəllüdlü Əliyev Fikrət Əziz oğlu və onun əkizi Əli mağazanın müştəriləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Hər üç yaralı müxtəlif bədən xəsarətləri aldığından 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Qarşıdurma ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları iki nəfəri saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.