Bakıda mağazadan 6 min manat oğurlanıb

1415db70161008735765478829510577873.jpeg

Bakıda mağazadan oğurluq edilib.

DİN-dən verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 6000 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Zeynalov saxlanılıb. Araşdırma aparılır.