Bakıda ofisdən 4 min manatlıq oğurluq edilib

9f4768b4165112683666473229010872304.jpg

Bakıda ofisdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə M.Hadi küçəsində yerləşən ofislərin birində dolabdan içərisində 3.000 manat, 850 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Səlimov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülüb.

Araşdırma aparılır.