Bakıda sərnişin “Prius” sürücüsünü bıçaqla hədələdi

1678519317 editor 511ea310e1e2b3b228fa6dd133bd9ab8 ujfhp1mz42s3ecxn5vwl.jpg

Bakıda quldurluq olub.

DİN-dən məlumata görə, martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Toyota Prius” markalı bir avtomobildə sürücünün sərnişini tərəfindən bıçaqla hədələnərək quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.