Bakıda üç nəfər taksi sürücüsünü bıçaqla hədələdi

1659084977 4cf508e3 4378 31f6 be56 c8b0a9510c0b 850.jpg

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə iyulun 26-da saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində “TOFAŞ” markalı taksidə 3 nəfərin Masallı rayon sakini Ş.Əliyevi bıçaqla hədələyib içərisində pulu və sənədi olan cüzdanını quldurluq yolu ilə talamaları və avtomobildən düşürmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Abşeron rayon sakini K.Quliyev, Sabirabad rayon sakini A.Həsənov və Bərdə rayon sakini S.Kərimova müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.