“Bank Avrasiya” işçi axtarır
Əməliyyat İnzibatçılığı Şöbəsinin Mütəxəssisi
Son tarix 10 fev 2023 cv@bankavrasiya.az
Namizədlər üçün irəli sürülən tələblər:
Ali təhsil
Bank sektorunda ən azı 2 il iş təcrübəsi (Kredit və ya əməliyyat sahəsində təcrübə arzuolunandır);
Azərbaycan dilində səlist danışıq bacarığı
MS Office proqramlarının bilikləri
Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
Kredit, təminat və.s müqavilələrin tərtibini və rəsmiləşdirilməsini həyata keçirmək;
Verilmiş kreditlərin məlumat bazasında düzgün qeyd olunmasını təmin etmək;
Kredit tranşlarına dair müxabirləşmələr vermək;
Tələb olunduğu hallarda ödənişlərə dair müxabirləşmələr vermək;
İmtina almış müraciətlərin reyestrini aparmaq və ilkin sənədlərin qovluqlaşdırılaraq saxlanılmasını təmin etmək;
Kredit və təminatlar üzrə müqavilələrlə bağlı tələb olunan bütün digər sənədlərin mövcudluğunu yoxlamaq.
Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub cv@bankavrasiya.az ünvanına göndərəsiniz.



