Bank kartından 2300 manat oğurlayan qadın saxlanılıb

Surucu11676961255.jpg

Bank kartından 2300 manat oğurlayan daha bir qadın saxlanılıb

Avtor.az DİN-ə istinadən xəbər verir ki, “Toyota” markalı avtomobildə sərnişin olan qadın sürücünün mobil telefonunu danışmaq adı ilə xahiş edir və nəticədə telefonda bank mobil tətbiqə daxil olaraq hesabda olan pulu talayıb.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları həmin qadını müəyyən ediblər.