“Barselona” 8 futbolçu ilə yollarını ayırır

Fe70c368168897207737819688510682892.jpg

İspaniyanın “Barselona” klubu yay transfer dönəmində bir neçə futbolçusu ilə yollarını ayırmaq istəyir.

Kataloniya təmsilçisinin idman direktoru Mateu Alemani 8 oyunçu ilə vidalaşmağı öhdəsinə götürüb.

Bunlar müdafiəçilər Kleman Lanqle, Serjinyo Dest, Erik Qarsiya, yarımmüdafiəçilər Frank Kessye, Pablo Torre, Niko Qonsales və hücumçular Ferran Torres və Aleks Kolyadodur.

Bunlardan yalnız Pablo Torrenin təcrübə toplamaq üçün icarəyə göndəriləcəyi bildirilib.